Rusiyanın Sidneydəki konsulluğuna avtomobil çırpıldı
Bu gün səhər avtomobil Rusiyanın Avstraliyadakı konsulluğunun darvazalarına çırpılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə 9News məlumat yayıb.
Məlumata görə, Sidneydə baş verən hadisə zamanı “Toyota Kluger” avtomobilini 39 yaşlı kişi idarə edib.
ABC-nin məlumatına görə, polis sürücü ilə danışmağa çalışsa da, o, hərəkəti dayandırmayıb. Maşına minmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşları dəyənəklərdən istifadə ediblər. Sürücü saxlanılıb.
Hadisənin digər təfərrüatları və sürücünün motivləri hələlik məlum deyil.
Xatirə SADİQ