Rusiyaya məxsus tanker saxlanıldı – Estoniyada

Estoniya Müdafiə Qüvvələri aprelin 11-də səhər saatlarında ilk dəfə olaraq Muuqa körfəzindəki Aegna adası yaxınlığında xam neft daşıyan Rusiyaya məxsus kölgə tankerini saxlayıb. 

Apr 11, 2025 - 16:51
Rusiyaya məxsus tanker saxlanıldı – Estoniyada

SAVASHMEDİA.az bu barədə “Postimees” postalına istinadən xəbəbr verir.

Estoniyanın Hərbi-Dəniz Qüvvələrinin komandanı İvo Värkanın sözlərinə görə, saxlanma Estoniya ərazi suları ilə Ust-Luqa limanına gedən gəminin sənədlərinin və hüquqi statusunun yoxlanılması məqsədilə həyata keçirilib. 

“Marinetraffic” xidmətinin məlumatına görə, tankerin yaxınlığında üç Estoniya hərbi gəmisi növbə çəkir.

Estoniya Polis və Sərhəd Mühafizə Şurasının rəhbəri Veiko Kommusaarın sözlərinə görə, “Kiwala” tankeri Avropa İttifaqının (Aİ) sanksiyaları altındadır. 

Saxlanma zamanı gəminin hansısa dövlətin rəsmi bayrağı altında üzdüyü aşkarlanmayıb, bu isə qeyri-qanunidir. Komanda daha sonra bayraq sertifikatı təqdim etsə də, Cibutinin nümayəndəsi gəminin ölkənin reyestrində olduğunu inkar edib. 

Estoniya Nəqliyyat Departamentinin əməkdaşları tankerin naviqasiya üçün təhlükəsiz olmasını təmin etmək üçün gəminin konstruksiyasını yoxlayır, sənədləri və digər vacib aspektləri araşdırır. 

Estoniya hakimiyyəti bildirib ki, gəminin göyərtəsində ilkin məlumata görə, Mavritaniyadan olan 24 vətəndaş aşkarlanıb. Gəminin kapitanı Çin vətəndaşıdır. O, artıq Estoniya hakimiyyət orqanları ilə əməkdaşlıq etməyə başlayıb. 

Ukraynanın “War Sanctions” portalı aydınlaşdırıb ki, “Kiwala” tankerinə təkcə Aİ deyil, həm də Böyük Britaniya, Kanada və İsveçrə tərəfindən sanksiya tətbiq edilib. Gəmi donanması yalnız bu tankerdən ibarət olan “Tirad Shipping Inc” (Mavrikiya) şirkətinə məxsusdur. Gəmi əvvəllər Türkiyə və Hindistan şirkətlərinə məxsus olub. “War Sanctions” portalının məlumatına görə, tankerin keçmiş kapitanı Sergey Xarçenko adlı şəxs olub. 

Xatirə SADİQ