Rusiyaya qarşı 19-cu sanksiyalar paketi bu gün açıqlanacaq – Avropa Komissiyası

Avropa Komissiyası (AK) Rusiyaya qarşı 19-cu sanksiyalar paketini razılaşdırıb.

Sep 19, 2025 - 14:59
Rusiyaya qarşı 19-cu sanksiyalar paketi bu gün açıqlanacaq – Avropa Komissiyası

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinyo Brüsseldə keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, paketin təfərrüatları bu gün günortadan sonra (Avropa vaxtilə - red.) Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas tərəfindən açıqlanacaq.

Xatirə SADİQ