Satmaq öhdəliyi ilə kirayəyə verilən mənzillərlə bağlı AÇIQLAMA
Bu ilin birinci rübündə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi müqavilələrinin sayı artıb.
İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata əsasən 2020-ci ilin birinci rübündən bu ilin aprelin 1-i tarixinə qədər 6764 müqavilə bağlanıb.
Ötən ilin sonuna bağlanmış müqavilələrin sayı 6257 olub, bu ilin əvvəlindən 507 müqavilə imzalanıb.
Xatırladaq ki, ötən ilin birinci rübündə cəmi 41 müqavilə imzalanmışdı.
Statistikaya əsasən, kirayəçilərin 55 faizi qeyri-dövlət sektorunda işləyənlərdir. Vətəndaşların 47 faizi bir otaqlı mənzillər alıblar. 31 faizi isə 2 otaqlı mənzil əldə ediblər.
Qeyd edək ki, kirayəçilərin 61 faizi evlidir.