Soda maskası ilə təravətli dəriyə sahib olun

Soda maskaları çox effektli sayılır. Yalnız 1 istifadədən sonra dərinin vəziyyətinin xeyli yaxşılaşmasını görmək olur.

Mar 30, 2025 - 23:54
Soda maskası ilə təravətli dəriyə sahib olun

Soda maskalarından həftədə 1 dəfədən artıq istifadə etməyin və dəridə 5-10 dəqiqədən artıq saxlamayın ki, dəri qızarmasın və qıcıqlanmasın.

SAVASHMEDİA.az sizə soda ilə bir neçə kosmetik maskanın reseptini təqdim edirik.

1. Cavanlaşdırıcı maska

1 ç.q. soda + 2 x.q. qatıq + 1 ç.q. bal+ 1 ç.q. limon şirəsi. Hamısı qarışdırılır, üz dərisinə çəkilir, 10 dəqiqədən sonra yuyulur, qidalandırıcı krem çəkilir.

2. Təmizləyici maska

1 ç.q. soda + 1 x.q. duş üçün gel. Yaxşı qarışdırılır, üz dərisinə çəkilir, yüngül massaj edilir. 5 dəqiqədən sonra maskanı yuyun, qidalandırıcı krem çəkin.

3. Məsamələri daraldan maska (yağlı dəri üçün).

1 yumurtanın ağını çalın, 1 ç.q. soda əlavə edin, yaxşı qarışdırın, dəriyə çəkin, 10 dəqiqədən sonra yuyun.