Dırnaqlarınız qırılır? - Çarəsi var

Tez-tez qırılan dırnaqlar bütün xanımların kabusudur. Bəzən vaxt azlığından dırnaqlara qulluq arxa planda qalır. 

Mar 31, 2025 - 00:01
Dırnaqlarınız qırılır? - Çarəsi var

Davamlı olaraq boya ilə qüsurları gizlətmək isə dırnaq səddinin keyfiyyətini zəiflədir. Ev şəraitində dırnaqlara qulluq etmək heç də çətin deyil. Onları səliqəyə saldıqdan sonra müxtəlif yağlarla qıdalandıra bilərsiniz. 

Badəm, kokos, jojoba, fındıq yağı, aloe vera kimi təbii vasitələr uzun və möhkəm dırnaqlara sahib olmaqda sizə kömək edəcək.

SAVASHMEDİA.az evdə hazırlayaraq tətbiq edə biləcəyiniz qarışımı təqdim edir.

Tərkibi:

1 xörək qaşığı üzüm toxumu yağı
5 damcı kök yağı
1 kapsul E vitamini
5 damcı limon yağı

Bütün bu yağları qarışdırıb dırnaqlarınıza çəkin. Qısa müddət ərzində daha sağlam dırnaqlara sahib olacaqsınız.