"Başında şiş var, görüb pis oldum" - Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sumqayıt”la matçda (5:0) sıradan çıxan mərkəz müdafiəçisi Bədavi Hüseynovun son durumu haqda danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, təcrübəli mütəxəssis “Kəpəz”lə matçdan sonra keçirilən mətbuat konfransında 33 yaşlı futbolçunun vəziyyətinin pis olduğunu deyib.
- Bədavi Hüseynovun zədəsi ciddidir?
- Bəli, ciddi görünür. Başında şiş var idi. Özüm də görüb pis oldum.