"Son pulumuzu, cib xərcliyimizi onlara göndərdik" - Ərdoğanın nəvəsi + FOTO

Rəcəb Tayyib Ərdoğanın nəvəsi, Gənc Diplomatiya dərnəyinin sədr müavini Ömər Tayyib Ərdoğan Boğaziçi Diplomatiya Forumunun bağlanış mərasimində çıxış edib.

Oct 3, 2025 - 13:15
"Son pulumuzu, cib xərcliyimizi onlara göndərdik" - Ərdoğanın nəvəsi + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyənin gələcəyinin gənclərin əzmi, cəsarəti və inancında olduğunu bildirən Ö.T. Ərdoğan çıxışında Qəzza məsələsinə də geniş yer verib.

“Bu yolda mədəni irsimizin bizə həvalə etdiyi ən mühüm vəzifə, şübhəsiz ki, Qəzzada baş verən insan faciəsinə səsimizi ucaltmaqdır. Yardım və həmrəyliyə çağırışlar diplomatiyanın verilən sözlərdən də önə keçərək humanitar məsuliyyətlə konkret fəaliyyətlərə çevrilməsini təcəssüm etdirməlidir.

Boğaziçi Diplomatiya Forumunda iştirak edən gənc dostlarım cib xərcliklərini bir yerə toplayaraq Türk Qızıl Ayparası vasitəsilə Qəzzaya göndərməklə diplomatiyanın sözdən çox vicdan, həmrəylik və mərhəmət olduğunu göstərdilər”.

Qeyd edək ki, Ömər Tayyib Ərdoğan Türkiyə prezidentinin Bilal Ərdoğandan olan nəvəsidir.

Banu

Fotolarda: Ərdoğanın nəvəsi Ömər