Tibb bacılarını aparan mikroavtobus "06" ilə toqquşdu - Yaralılar var
Yevlaxda minik avtomobili mikroavtobusla toqquşub, yaralananlar var.
Hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda baş verib.
"VAZ 2106" markalı avtomobil sərnişin daşıyan mikroavtobusla toqquşub. Qəza nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıb. Əldə edilən ilkin məlumata görə, mikroavtobusun sərnişinləri işə gedən tibb bacıları olub.
Faktla bağlı araşdırma aparılır. (teleqraf)