Tramp arvadını təriflədi - “O, çox ağıllıdır, mənə oxşayır”

ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı qərarlarına birinci xanımın təsirini şərh edib.

Jul 16, 2025 - 14:17
Tramp arvadını təriflədi - “O, çox ağıllıdır, mənə oxşayır”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Clash Report” videofraqment yayıb.

Jurnalistlər prezidentdən Rusiya-Ukrayna müharibəsi ilə bağlı son qərarlarına birinci xanımın təsirini şərh etməsini xahiş edəndə Tramp deyib ki, arvadı neytraldır. 

“O, çox ağıllıdır. O, çox neytraldır. O, mənə bənzəyir. İnsanların ölməsinin dayandırmasını istərdi”, - deyə Amerika prezidenti vurğulayıb. 

ABŞ prezidenti təkrarlayıb ki, hər həftə hər iki tərəfdən 5,000, 6,000, 7,000 insan, eləcə də şəhər və qəsəbələrdə dinc sakinlər həlak olurlar.

Qeyd edək ki, Melaniyanın ərinə təsiri iyulun 14-də Oval kabinetdə keçirilən mətbuat konfransından sonra, Trampın rusiyalı həmkarı ilə söhbətlərinin xüsusiyyətlərindən danışdıqdan sonra müzakirə edilməyə başlanıb.

“Evə gedirəm və birinci xanıma deyirəm ki, bu gün Vladimirlə danışdım, əla söhbətimiz oldu. O, deyir: “Doğrudanmı? Amma elə indicə daha bir şəhərə hücum oldu”, - deyə Tramp danışıb.

Xatirə SADİQ