Tramp barəsində hökm təxirə salına bilər
Nyu-York prokurorları ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın “pornopullar” işi üzrə hökmün elan olunmasını təxirə salmağı təklif ediblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
İttiham tərəfi vəkillərin Trampın ABŞ prezidenti olacağını və toxunulmazlıqdan istifadə edəcəyinə istinadən ona qarşı cinayət işinə xitam verilməsi barədə vəsatətinə qarşı çıxıb.
Onlar işdə sədrlik edən hakim Xuan Merçan hər iki tərəfin vəsatətləri üçün yeni müddətin dekabrın 9-na təyin etməyi və işin rədd edilməməsi ilə bağlı öz variantlarını nəzərdən keçirməyi təklif ediblər.
Bu variantlardan biri gələcək prezidentlik müddətinin sonuna qədər cavabdehin bütün qalan cinayət işlərinin təxirə salınmasından ibarətdir.
Xatırladaq ki, may ayında Tramp bu iş üzrə təqsirli bilinib. Söhbət 2016-cı ildə keçirilən president seçkilərə ərəfəsində Trampla cinsi əlaqəsi ilə bağlı susması müqabilində pornoulduz Stormi Danielsə 130.000 dollar məbləğində ödənişin gizlədilməsi nəqsədilə sənədlərin saxtalaşdırılmasından gedir.
“Porno pul” işi Trampın hökmünün ABŞ prezident seçkilərindən əvvəl elan oluna biləcəyi yeganə iş idi: qalanları üçün hətta mahiyyəti üzrə dinləmələr hələ başlamayıb.
Seçilmiş prezidentin hökmünün 26 noyabrda çıxarılması gözlənilir, çünki bu tarix hələ dəyişməyib. Lakin əgər Merçan prokurorların vəsatətini təsdiqləsə, o, növbəti dəfə təxirə salınacaq.
Xatirə SADİQ