Tramp geri çəkilir, sülh planı alınmadı - "Putinlə Zelenski bir-birlərinə nifrət edirlər"
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna danışıqları ilə bağlı bədbin açıqlama verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, ABŞ-nin dialoqdan çıxmağa yaxın olduğunu etiraf edib:
“Hər şey ola bilər. Əgər biz danışıqların faydasızlığına inansaq, o zaman deyəcəyəm: Yaxşı, siz müharibə etməkdə davam edin, bu axmaqlığı dayandırmayın".
ABŞ prezidenti həmçinin deyib ki, Vaşinqton müharibə edən tərəflərdən biri ilə razılaşmaya daha yaxındır, lakin hansı tərəflə razılaşmağa yaxın olduğuna aydınlıq gətirməyib:
"İnanıram ki, tərəflərdən biri ilə razılaşmaya daha yaxınıq, lakin ad çəkməyəcəyəm. Biz Ukrayna ilə amerikalılar üçün faydalı olan nadir torpaq metalları ilə bağlı sazişi bağladıq".
Tramp hazırkı danışıqların sülhlə nəticələnə biləcəyinə inandığını desə də, bunun mümkünsüz ola biləcəyini də istisna etməyib:
“Sülh mümkün olmaya da bilər. Bu iki şəxs (Zelenski və Putin – red.) arasında, həmçinin, açığını desəm, əsgərlər və generallar arasında böyük qarşılıqlı nifrət var. Onlar üç ildir ki, amansızcasına döyüşürlər”.
Oğuz