Tramp İranla atəşkəs müddətini UZATDI
Prezidenti Donald Tramp ABŞ-la İran arasında atəşkəs müddətinin uzadıldığını açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” telekanalı məlumat yaylıb.
“Silahlı qüvvələrimizə blokadanı qorumağı, ayıq-sayıq olmağı və hərəkətə keçməyə hazır olmağı tapşırdım”, - Tramp deyib.
Tramp İrandakı kəskin fikir ayrılıqlarına, Pakistan ordusunun komandanı feldmarşal Asim Munirin və Pakistan Baş nazirinin istəklərinə əsasən İrana hücumun təxirə salındığını bildirib.
Aytən