Tramp məhkəməyə verilir

Kaliforniya ştatı ABŞ Prezidenti Donald Trampı Los-Ancelesdəki etirazları yatırmaq üçün 2000 Milli Qvardiya əsgəri göndərmək qərarına görə məhkəməyə verəcək.

Jun 9, 2025 - 19:11
Tramp məhkəməyə verilir

SAVASHMEDİA.az RBC-yə istinadən xəbər verir ki, bu barədə Kaliforniya qubernatoru Qevin Nyusom bildirib.

"Donald Tramp məhz bunu istəyirdi. O, yanğınlar törədib və Milli Qvardiyanı federallaşdırmaq üçün qeyri-qanuni hərəkətlər edib. Onun imzaladığı sərəncam təkcə Kaliforniyaya şamil edilmir. Bu, ona hər ştata dair eyni hərəkəti etməyə imkan verəcək. Biz onu məhkəməyə veririk", - qubernator "X"də yazıb.

Kaliforniya qubernatoru ABŞ prezidentini iğtişaşlarla bağlı vəziyyəti daha da pisləşdirməkdə ittiham edib.