Netanyahu bu gün Trampa zəng edəcək

İsrailin Baş nazir Benyamin Netanyahu bu gün ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparacaq.

Jun 9, 2025 - 18:45
Netanyahu bu gün Trampa zəng edəcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Bildirilib ki, sözügedən telefon danışığı ABŞ-ın İranın nüvə sazişi ilə bağlı təklifinə cavab gözlədiyi, həmçinin Vaşinqtonun atəşkəs və girov razılaşması ilə bağlı HAMAS-dan tezliklə yumşaldılmış cavab alacağına ümid etdiyi bir vaxta təsadüf edir.