"Tramp oval kabinetə daxil olduqdan sonra ..." - Peskov dəqiq bilmir
“Putin dəfələrlə bəyan edib ki, xarici liderlərlə, o cümlədən Donald Trampla təmaslara açıqdır. Bu cür dialoq üçün heç bir şərt tələb olunmur, yalnız siyasi iradə və qarşılıqlı istək lazımdır”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Putinin onunla görüşmək istədiyini və buna hazırlıq getdiyini bildirən Trampın açıqlamasını şərh edərkən Kreml sözçüsü deyib ki, ABŞ-nin seçilmiş prezidentinin problemləri dialoq yolu ilə həll etməyə hazır olması alqışlanmalıdır.
“Biz görürük ki, cənab Tramp da problemləri dialoq yolu ilə həll etməyə hazır olduğunu bəyan edir. Biz bunu alqışlayırıq. Hələlik heç bir konkretlik yoxdur, biz görüşə qarşılıqlı hazırlıqdan çıxış edirik. Görünür, cənab Tramp oval kabinetə daxil olduqdan sonra artıq müəyyən hərəkətlər olacaq”, - deyə Peskov qeyd edib.
Maraqlıdır ki, Kreml yanvarın 9-da bildirmişdi ki, Putinlə söhbətlə bağlı Trampdan heç bir sorğu almayıb.
Xatirə SADİQ