"Tramp Putinin gizli pərəstişkarıdır" - Kadırov 

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin gizli pərəstişkarıdır.

Sep 8, 2025 - 12:04
"Tramp Putinin gizli pərəstişkarıdır" - Kadırov 

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov son müsahibəsində deyib.

Kadırovun sözlərinə görə, bu gün Putin sözün tam mənasında yeganə dünya lideridir və digər dövlətlərin başçıları onunla görüşmək arzusundadırlar.

“Tramp danışıqları bəhanə edərək, sadəcə olaraq, rəsmi mövqeyindən istifadə edərək Putinlə görüşmək istəyib”, - Kadırov bildirib.

Avqustun 15-də Putin və Tramp Ankoricdə danışıqlar aparıblar. Liderlərin dar tərkibdə görüşü “üçdən üçə” formatında keçirilib və 2 saat 45 dəqiqə davam edib. 

Oğuz