Tramp transseksual qadınları kişi həbsxanalarına göndərir
ABŞ prezidenti Donald Tramp transseksual qadınların kişi həbsxanalarında saxlanmasını tələb edən fərman imzalayıb.
SAVASHMEDİA.az “The New York Times” qəzetinə istinadla xəbər verir ki, Trampın “Qadınların gender ideologiyasının ekstremizmindən qorunması və federal hökumətdə bioloji həqiqətin bərpası” adlı sərəncamı ABŞ federal həbsxanalarına göndərilib.
ABŞ Federal Həbsxanalar Bürosunun nümayəndələri bildiriblər ki, hazırda Amerika həbsxanalarında 1500-ə yaxın transseksual qadın var.
Oğuz