Trampdan birjanın çöküşünə reaksiya 

ABŞ prezidenti Donald Tramp tətbiq etdiyi beynəlxalq tariflərə görə birjanın itkilərinə münasibət bildirib.

Apr 7, 2025 - 13:40
Trampdan birjanın çöküşünə reaksiya 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, “Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb. 

Tramp deyib ki, tarifləri tətbiq etməklə fond bazarlarını çökdürmək istəmirdi.

“Mən nəyinsə düşməsini istəmirəm. Lakin nəyisə düzəltmək üçün bəzən dərman qəbul etmək lazım olur”, - ABŞ prezidenti əlavə edib. 

Amerika prezidenti qeyd edib ki, gələn həftə qüvvəyə minəcək tariflər barədə həftə sonu Avropa və Asiya liderləri ilə danışıb. 

Trampın sözlərinə görə, onlar saziş bağlamaqdan ötrü ölürlər, lakin Birləşmiş Ştatlar buna yalnız öz şərtləri ilə gedəcək. “Onlar bizə hər illik əsasda iri pullar ödəməyənə qədər heç bir söhbət olmayacaq”, -deyə ABŞ prezidenti bildirib. 

Ö, nəzərə çatdırıb ki, əvvəlki illərin də ödənişlərini istəyir.

Xatirə SADİQ