Xəstə çağırışa gələn həkimi vurdu - Daşkəsəndə insident

Daşkəsəndə çağırışa gedən həkim xəstə tərəfindən hücuma məruz qalıb.

Apr 7, 2025 - 13:25
Xəstə çağırışa gələn həkimi vurdu - Daşkəsəndə insident

SAVASHMEDİA.az "unikal"a istinadla xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.

Belə ki, çağırışa gedən Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü A.Abbaslıya xəstə tərəfindən bıçaqla xəsarət yetirilib.

Barmağından bıçaq xəsarəti alan həkimə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, hadisəni Xoşbulaq kənd sakini 1997-ci il təvəllüdlü Ş.Əliyev törədib. Onun Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir.

Daşkəsəndə çağırışa gedən həkim Aydın Abbaslıya xəsarət yetirən şəxs saxlanılıb.

1997-ci il təvəllüdlü Şahin Əliyev polis əməkdaşları tərəfindən tutulub.