Trampın oğlu Zelenski əleyhinə paylaşım etdi - Mask rəy yazdı
ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, milyarder Elon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh istəmədiyi bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Qeyd edək ki, bundan bir müddət öncə ABŞ prezidentinin oğlu kiçik Donald Tramp da Ukrayna liderini sülh əldə etmək istəməməkdə ittiham edib.
İlon Mask prezidentin oğlunun paylaşımının altına "Doğrudur" sözləri ilə cavab verib.