“Trampın Putinlə danışığı xəyanət deyil” – Pentaqon rəhbəri
“ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə apardığı danışıqlar xəyanət deyil”.
SAVASHMEDİA.az xəbəbr verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset NATO ölkələri müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündən öncə jurnalistlərə bildirib.
ABŞ-nin tezliklə sülhün bərqərar olmasını irəli sürməsi və Putinlə danışıqlarını xəyanət kimi qiymətləndirirsinizmi” sulına Heqset belə cavab verib: “"Bu, mənim deyil, sizin nitqinizdir. Əlbəttə ki, bu, xəyanət deyil”.
Pentaqon rəhbəri əlavə edib ki, heç bir ölkənin Ukraynaya dəstək missiyasına daha böyük sadiqliyi yoxdur.
“Burada heç bir xəyanət yoxdur. Burada dünyanın və ABŞ-nin sülhə sərmayə qoyduğu və sülhdə maraqlı olduğu etirafı var. Prezident Trampın dediyi kimi, danışıqlar yolu ilə sülh. O, deyib ki, ölümlər dayandırılmalıdır və bunun üçün hər iki tərəf etiraf etməlidir ki, bu, onların istədiyi şey deyil”, - deyə Heqset vurğulayıb.
Xatırladaq ki, dünən Donald Tramp telefonda Vladimir Putinlə danışıb. Bundan sonra o, müharibədə baş verən milyonlarla ölümü dayandırmaq barədə Putinlə razılığa gəldiklərini söyləyib.
“Biz çox yaxından işləmək, xüsusən də bir-birimizin ölkələrinə səfər etmək barədə razılığa gəldik”, - deyə amerikalı prezidenti əlavə edib.
Tramp sonra Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng edib və bir saatlıq danışıqlar zamanı gələcək təmasları müzakirə edib.
Xatirə SADİQ