Tolik Elşad Xoseni tapıb danışdırdı - "Yaxşıyam, dirilmişəm" + VİDEO

Reper Elşad Xose uzun aradan sonra görüntülənib.

Sep 13, 2026 - 01:48
Tolik Elşad Xoseni tapıb danışdırdı - "Yaxşıyam, dirilmişəm" + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, reper prodüser Tarix Əliyevlə (Tolik) bir araya gəlib. O, ifaçı ilə məclislərdən birində görüşüb.

Elşad Xose açıqlamasında "Hər şey yaxşıdır, dirilmişəm. Məclislərə də gedirəm" deyə, bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Elşadın Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı. Məsələ ilə bağlı reperin ailəsi heç bir açıqlama verməyib.