Trampın sevimli nəşri onu ifşa etdi - Putini diktator adlandırmışdı + FOTOFAKT
Amerikanın “New York Post” nəşri üz qabığına Rusiya prezidenti Vladimir Putinin fotosunu yerləşdirərək “Prezident Tramp: “Bu, diktatordur” sözlərini yazıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Newsweek” yazıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp əvvəllər “New York Post”u “özünün sevimli qəzeti” adlandırmışdı.
“Newsweek” qeyd edib ki, 2020-ci ildə qəzetlə siyasətçi arasında fikir ayrılıqları olsa da, tarixən o, Trampın ən sadiq media tərəfdarlarından biridir.
“The New York Post” media maqnatı Rupert Merdokun sağçı mühafizəkar baxışlarını müdafiə edən “News Corporation” şirkətinə məxsusdur. Merdok Trampın andiçmə mərasiminə dəvət olunmuş qonaqlardan biri idi. Onun hazırkı arvadı rusiyalı oliqarx Roman Abramoviçin keçmiş qayınanası idi.
Xatirə SADİQ