Amerikalılar Zelenskini diktator hesab etmir - Sorğu

YouGov sorğusunun nəticələrinə görə, Ukrayna lideri Vladimir Zelenski ilə müqayisədə, amerikalıların demək olar ki, iki dəfə çoxu öz prezidentləri Donald Trampa “diktator” kimi baxır.

Feb 21, 2025 - 15:29
Amerikalılar Zelenskini diktator hesab etmir - Sorğu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Newsweek” yazıb. 

Respondentlərdən Volodimir Zelenski, Donald Tramp və Vladimir Putini diktator hesab edib-etmədikləri soruşulub.

Sorğunun nəticələrinə görə, respondentlərin 41%-i Trampın diktator olduğuna inanır. Belə hesab etməyənlərin sayı 45%-dən bir qədər aşağıdır. Respondentlərin 14%-i onu diktator hesab edib etmədiklərinə əmin olmadıqlarını bildiriblər.

Respondentlərdən Zelenskini Tramp kimi diktator hesab edib-etmədiklərini soruşulduqda, 45% “yox” cavabını verib. Onların 22%-i “bəli” deyib, 33%-i qərarsız qalıb.

Fevralın 19-da keçirilən YouGov sorğusu 4071 amerikalı arasında keçirilib.

Ukraynanın nadir torpaq metalları sazişini imzalamaqdan imtina etdikdən və Ər-Riyaddakı danışıqların nəticəsini tanımadığını bəyan etdikdən sonra Tramp Ukrayna prezidentini “seçkisiz diktator” adlandırıb. 

Bu, istər Ukraynada, istərsə də dünyada hiddətə səbəb olub. 

Ağ Ev rəhbərinin son açıqlamalarını şərh edən ABŞ dövlət katibi Marko Rubio deyib ki, prezident Tramp Amerikanın köməyinə görə minnətdarlıq hissi olmaması və Ukraynanın faydalı qazıntıları ilə bağlı sazişi imzalamaqdan imtina etməsi səbəbindən prezident Zelenskiyə görə çiox məyus olub. 

Qeyd edək ki, prezident Zelenski müqavilənin Ukraynanın qanunvericiliyinə zidd olduğunu və sənəddə Ukraynaya təhlükəsizlik təminatı verilmədiyindən sənədi Trampın əmr verdiyi kimi “1 saat içində imzalamaq”dan imtina edib. O, Münhendə Amerika tərəfinə sənəddə Ukraynanın iradlarının nəzərə alınmasının vacibliyini bildirib. 

Bundan başqa, Zelenski “X” platformasında ABŞ-nin indiyədək göstərdiyi yardımlara görə Amerika xalqına minnəıtdarlığını bildirib. 
Xatirə SADİQ