Trüdo istefa verir?
Kanadanın baş naziri Castin Trüdo yanvarın 8-dən gec olmayaraq Liberal Partiyasının lideri vəzifəsindən istefa verdiyini elan etməyi planlaşdırır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Glove and Mail” nəşri məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Trüdo partiyadaxili təzyiq və cəmiyyət arasında aşağı səviyyədə dəstək səbəbindən istefa vermək qərarına gəlib. Liberal Partiyanın çərşənbə gününə planlaşdırılan milli toplantısından əvvəl rəsmi açıqlama gözlənilir.
Trüdonun yeni lider seçilənə qədər baş nazir vəzifəsində qalacağı və ya dərhal istefaya gedəcəyi hələlik məlum deyil.
Mənbələrin sözlərinə görə, maliyyə naziri Dominik Leblan, xarici işlər naziri Melani Coli və Mərkəzi Bankın keçmiş rəhbəri Mark Karninin Liberal Partiyasının lideri postuna mümkün namizədlikləri nəzərdən keçirilir.
Nəşr qeyd edib ki, son sorğular Trüdonun rəhbərliyi altında Liberal Partiyaya dəstəyin 13%-ə qədər azaldığını göstərir.
Xatirə SADİQ