Türkiyə hakimiyyəti 700 etirazçının hesabını bloklamağı tələb etdi - Mask "yox" dedi

Türkiyə hakimiyyəti müxalifətin etirazları fonunda sosial şəbəkə istifadəçilərinin paylaşımlarından narahatdır.

Mar 24, 2025 - 13:08
Türkiyə hakimiyyəti 700 etirazçının hesabını bloklamağı tələb etdi - Mask "yox" dedi

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə hakimiyəti İlon Maskdan sahibi olduğu X (keçmiş  Twitter) platformasında 700-dən çox hesabı bloklamağı tələb edir. 

Amerikalı sahibkar İlon Mask isə Ankaranın bui tələbini “qanunsuz” adlandırıb.

“Biz Türkiyənin İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumunun xəbər təşkilatlarının, jurnalistlərin, siyasi xadimlərin, tələbələrin və digər şəxslərin 700-dən çox hesabının bloklanması ilə bağlı tələblərini qəbul etmirik. Türkiyə hökumətinin bu qərarı qeyri-qanunidir, eyni zamanda milyonlarla türk istifadəçisini öz ölkələrində xəbər almaq və siyasi diskusiya imkanlarından məhrum edir”, – X-in rəhbərliyi bildirib.

Oğuz