“Ukrayna Aİ-yə qismən üzv olsun” – Jan-Klod Yunker
Avropa Komissiyasının (AK) keçmiş prezidenti Jan-Klod Yunker Ukraynanın Avropa İttifaqına (Aİ) “qismən üzv” olması təklifini irəli sürüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “dpa” məlumat yayıb.
Yunkerin sözlərinə görə, Ukraynanın Aİ-yə tamhüquqlu üzv olması üçün hələ də çoxlu transformasiyalar lazımdır.
“Ukrayna çox tez AB-yə üzv ola bilməyəcək. Ukraynada korrupsiyadan tutmuş qanunun aliliyinə qədər hələ də çoxlu həll olunmamış problemlər var. Ukraynanın üzvlüyü haqqında ciddi danışmaqdan əvvəl onları həll etmək lazımdır”, - deyə eks-prezident fikrini izah edib.
Onun fikrincə, Ukrayna üçün belə “qismən üzvlük” formatı onun Avropaya inteqrasiya işinin avropalı tərəfdaşlar tərəfindən tanınması siqnalı olardı. Digər tərəfdən Ukrayna səsvermə hüququ olmadan Aİ-nin daxili proseslərinin bəzi hissələrində və görüşlərində iştirak edə bilərdi.
2014-2019-cu illərdə Avropa Komissiyasına rəhbərlik edən Jan-Klod Yunker bir il öncə də oxşar bəyanatla çıxış etmişdi. O zaman Yunker avropalı tərəfdaşlarını ukraynalılara Aİ-yə tez daxil olmaları ilə bağlı yalan vədlər verməməyə çağırmışdı. O, fikrini Ukraynanın buna hazır olmadığı, cəmiyyətin bütün səviyyələrində korrupsiyanın olması ilə izah etmişdi.
Xatirə SADİQ