“Ukrayna demokratiyasını və Zelenskini dəstəkləməyə gəlirəm” – İspaniyanın baş naziri
İspaniyanın baş naziri Pedro Sançes fevralın 24-də Ukraynaya səfər etməyi planlaşdırır.
SAVASHMEDIA.az xəbər verir ki, bu barədə Sançez “X” platformasında yazıb.
“İspaniyanın Ukrayna demokratiyasına və prezident Vladimir Zelenskiyə dəstəyini təsdiqləmək üçün bazar ertəsi Kiyevdə olacağam”, - deyə baş nazir vurğulayıb.
Qeyd edək ki, genişmiqyaslı Rusiya təcavüzünün başlanmasının üçüncü ildönümü ərəfəsində Litva prezidenti Gitanas Nauseda və Avropa komissarlarının kollegiyası Ukraynaya səfər etməyə hazırlaşır.
Xatirə SADİQ