"Ukrayna hücuma keçəcək, Putinə müraciət edirəm ki..." - Tramp

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyaya hücum etmək niyyətində olduğunu bildirib.

Oct 16, 2025 - 00:49
"Ukrayna hücuma keçəcək, Putinə müraciət edirəm ki..." - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, Tramp bunu Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

"Mən Ukraynanın bu istəyi ilə bağlı düşünməliyəm. Çünki Ukrayna hücuma keçməkdə israr edir və biz birlikdə qərar verməliyik", - Tramp əlavə edib. 

O, əlavə edib ki, Rusiya Ukrayna ilə müharibədə əsasən hərbçilərdən ibarət 1,5 milyon insan itirib:

“Rusiya bu müharibəni ilk həftədə qazanmalı idi, amma münaqişə artıq dörd ildir ki, davam edir. Mən Putinə müraciət edirəm ki, ukraynalıların və rusların öldürülməsini dayandırsın".

Tramp həmçinin Hindistanın baş naziri Narendra Modinin ona Rusiyadan neft alışını  dayandırmağa hazır olduğunu dediyini iddia edib.

"Bu, böyük hadisədir. İndi mən əmin olmalıyam ki, Çin də eyni şeyi edəcək", - ABŞ prezidenti vurğulayıb.

Oğuz