Ukrayna və Rusiya 25 əsiri dəyişdilər
Ukrayna və Rusiya arasında əsirlərlə baölı növbəti mübadilə zamanı hər tərəfə 25 nəfər təhvil verilib.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hazırda bütün Rusiya hərbçiləri Belarus Respublikası ərazisindədirlər, onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir", - deyə nazirlikdən bildirilib.
Sonra təhvil verilmiş hərbi qulluqçuların Rusiyaya aparılacağı, orada Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiyadan keçəcəkləri vurğulanıb.
Məlumatda qeyd edilib ki, əsirlərin mübadiləsi Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə baş tutub.
Xatirə SADİQ