Sahibsiz heyvanlarla bağlı yeni qurum yaradıldı
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxs yaradılacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Mərkəz sahibsiz heyvanlara qayğı göstərilməsi və onların uçotunun aparılması sahəsində fəaliyyət göstərəcək.