Ukraynanın eks-prezidentinin oğlu Rusiya vətəndaşı oldu

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviç Rusiya vətəndaşlığını qəbul edib.

Oct 24, 2024 - 14:14
Ukraynanın eks-prezidentinin oğlu Rusiya vətəndaşı oldu

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu RİA “Novosti”də olan sənədlər sübut edir. 

Sənədlərdən belə görünür ki, Aleksandr Yanukoviç Rusiyada bizneslə məşğuldur. O, 10 il əvvəl o, şirkətini Sankt-Peterburqda qeydiyyatdan keçirib.

Şirkətin əsas fəaliyyəti maliyyə və sənaye qruplarının idarə edilməsidir.

51 yaşlı Aleksandr Yanukoviç Ukraynada bizneslə məşğul olub, “Ümumukrayna İnkişaf Bankı” PJSC bankını təsis edib, “Donbassnefteproduct” MMC-nin baş direktorunun müavini işləyib.

2013-cü ildə “Korrespondent” jurnalı Aleksandr Yanukoviçin sərvətini 510 milyon dollar məbləğində qiymətləndirib.

2014-cü ilin fevralında o, Ukrayna ərazisini tərk edib. Hazırda Ukrayna, Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və digər ölkələrin sanksiya siyahısındadır.

Viktor Yanukoviçin kiçik oğlu 2015-ci ilin martında Rusiyada ölüb. O, avtomobilini buz üzərində sürərkən maşınla Baykal gölünə düşüb və boğulub. 

Xatirə SADİQ