Umerov Rusiya ilə aparılan danışıqlardan bəhs etdi
“Hazırda Rusiya və Ukrayna arasında danışıqlarda söhbət onun humanitar hissəsi barədə gedir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Uмеров CNN telekanalına müsahibəsində deyib.
“Doğrudanmı Rusiya və Ukrayna arasında müharibəni dayandırmaq üçün danışıqlar gedir?” sualına Rustem Umerov belə cavab verib: “Biz indi hərbi əsirlərin azad edilməsi ilə bağlı humanitar hissəni davam etdiririk”.
O xatırladıb ki, Avropa liderləri prezident Zelenski ilə birlikdə Vaşinqtona səfər edərkən orada ikitərəfli və üçtərəfli görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.
“İndiki mərhələdə biz üçtərəfli və ikitərəfli görüşlərin nə vaxt baş tutacağını gözləyirik”, - deyə Umerov əlavə edib.
O, nəzərə çatdırıb ki, Rusiya Ukraynaya hücumların sayını gündə 1000-ə çatdırmağa çalışır: “Düşünürəm ki, ilin sonuna qədər onları genişləndirəcəklər. Bu da onu sübut edir ki, Rusiyanın bu müharibəni bitirmək kimi ciddi niyyəti yoxdur”.
Xatirə SADİQ