Vitse-qubernator güllə yarasından öldü - Rusiyada

Leninqrad vilayətinin vitse-qubernatoru İqor Petrov Yukki kəndindəki evində ölü tapılıb.

Jun 19, 2025 - 23:59
Vitse-qubernator güllə yarasından öldü - Rusiyada

SAVASHMEDİA.az xəbər verir ki, region administrasiyasına yaxın mənbə RBK-ya bildirib ki, onun ölümünün əsas versiyası odur ki, təsadüfən açılan atəş nəticəsində silahı təmizləyərkən ölüb.

78.ru-nun mənbəsi də Petrovun silahını təmizləyərkən ölümcül yaralandığını təsdiqləyib.

Leninqrad vilayəti administrasiyası onun qəfil öldüyünü təsdiqləyib.