Yermak Putini xəstə adlandırdı - “Onun müalicəsi..."
Ukraynanın prezident aparatının rəhbəri Andriy Yermak bu gün Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı açıqlamasına cavab verib.
SAVASHMEDİA.az xəbər verir ki, Yermak cavabını öz Telegram kanalında yerləşdirib.
“Putindən qorxu təbliğatı. Ruslar yeni heç nə icad etməyiblər. Sülh əvəzinə hər şeydə eskalasiya axtarışı. Bu, istisnasız olaraq güc yolu ilə müalicə olunur”, - deyə Andriy Yermak vurğulayıb.
Xatırladaq ki, Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasında bildirib ki, Rusiya “istənilən yeni yaranan təhlükəyə sözlə deyil, hərbi-texniki tədbirlərlə cavab verməyə hazırdır”.
Xatirə SADİQ