Ukrayna qoşunları Donetsk vilayətində irəliləyir - Aleksandr Sırski

Ukrayna ordusu 24 saat ərzində Donetsk vilayətinin Dobropol istiqamətindəki ərazinin bir hissəsinə nəzarəti bərpa edib. 

Sep 22, 2025 - 17:48
Ukrayna qoşunları Donetsk vilayətində irəliləyir - Aleksandr Sırski

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Ali Baş Komandanı Aleksandr Sırski öz Telegram kanalında bildirib. 

“Ukrayna müdafiə qüvvələrinin Dobropolya istiqamətində əməliyyatları davam edir. Bizim döyüşçülərimiz irəliləyirlər. Son 24 saat ərzində 1,3 kvadrat kilometr ərazi üzərində nəzarət bərpa edilib, Pokrovski rayonunun 2,1 kvadratkilometrində axtarış aparılıb və düşmən məhv edilib. Ayrı-ayrı istiqamətlərdəki hücum bölmələri 220 metrdən 2,5 kilometrədək irəliləyib”, - deyə Sırski yazıb. 

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı qeyd edib ki, bu rayonda bütün hərbi əməliyyatlar zamanı indiyədək 164,5 kvadrat kilometr ərazi azad edilib, daha 180,8 kvadrat kilometr ərazi düşmənin diversiya və kəşfiyyat qruplarından təmizlənib.

Syrsky xatırladıb ki, yeddi yaşayış məntəqəsi işğaldan azad olunub, daha 9 yaşayış məntəqəsi düşməndən təmizlənib.

Onun məlumatına görə, rus işğalçılarının Dobropol istiqamətində ümumi itkiləri 2696 nəfərdir. Onlardan 1492 nəfəri öldürülüb, üstəlik, rusiyalı əsirlər də var. 

Xatirə SADİQ