Zelenski amerikalı vitse-prezidenti ittiham etdi
“Mənə elə gəlir ki, ABŞ vitse-prezident Cey Di Vens Rusiya prezidenti Vladimir Putinin hərəkətlərinə necəsə haqq qazandırır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski CBS News telekanalının “6- dəqiqə” proqramına müsahibəsində deyib.
Zelenskinin sözlərinə görə, Ağ Evdəki qalmaqallı görüş onların ilk söhbəti olmayıb.
“Onun mövqeyi vardı və mən “hər iki tərəfdən insanlar ölür, ruslar da ölür, müharibəni rusların başlaması fakt deyil” mövqeyini eşitdiyim ilk görüş deyildi. Və bu, ABŞ nümayəndələri ilə bir çox görüşlər arasında uzanan bir xəttdir – heç vaxt etmədiyin bir işə görə özünə haqq qazandırmalısan. Yəni bu, tonallığın dəyişməsidir, reallığın dəyişməsidir. Mənə təklif olunan reallığın dəyişdirilməsi oyununu istəmirəm”, - deyə Zelenski vurğulayıb.
Prezident vurğulayıb ki, müharibəni başlayan Ukrayna deyil. “Mənə elə gəlir ki, vitse-prezident bir növ Putinin hərəkətlərinə haqq qazandırır.Və mən deməyə çalışdım ki, burada nəsə ortada axtarmaq olmaz. Təcavüzkar var və qurban var. Rusiyalılar təcavüzkar, biz qurbanıq. Bunu bütün insanlar tamamilə ayıq şəkildə anlayırlar”, - deyə Ukrayna prezidenti əlavə edib.
Onun sözlərinə görə, Vens “rusların əvvəllər televiziyada dedikləri eyni ifadələr”lə danışıb.
Xatirə SADİQ