“Zelenski ilə danışıqlara hazıram, amma…” - Putin
Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlara hazır olduğunu bəyan edib.
Lakin Putin onun hər hansı müqavilə imzalamaq üçün kifayət qədər legitim olmadığını iddia edib.
SAVASHMEDİA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Putin dünya xəbər agentliklərinin nümayəndələri ilə görüş zamanı deyib.
Putin bildirib ki, Rusiya guya sülh danışıqlarının mümkünlüyünü rədd etmir və şəxsən Ukrayna prezidenti Vladimir Zelenski də daxil olmaqla, “hamı ilə görüşməyə hazırdır”.
Bununla belə, Kreml lideri bildirib ki, onun fikrincə, Zelenskinin hansısa beynəlxalq sənədi imzalamaq üçün hüquqi səlahiyyəti yoxdur.
“Danışıqları kimin aparmasının bizim üçün fərqi yoxdur, mən hətta görüşməyə də hazıram. Amma son mərhələ olanda... imza qanuni hakimiyyətin olmalıdır”, - deyə Putin vurğulayıb.
Mövqeyini izah edən Putin bir daha Ukrayna Konstitusiyasının prezident Zelenskinin səlahiyyətlərinin artıq başa çatdığını iddia edən müddəasına istinad edib.
İşğalçı ölkənin lideri bildirib ki, Ukrayna guya “bütün dövlət orqanlarının prezident tərəfindən formalaşdırıldığı prezident-parlament respublikasıdır” və bu, onun fikrincə, avtomatik olaraq bütün Ukrayna hakimiyyətinin legitimliyini şübhə altına alır.
Xatirə SADİQ