Zelenski Makronla görüşəcək

Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Volodimir Zelenski Alyaskada Rusiya-Amerika sammitindən sonra görüşmək barədə razılığa gəliblər.

Aug 15, 2025 - 16:05
Zelenski Makronla görüşəcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə BFMTV cümə günü Yelisey Sarayına istinadən məlumat yayıb. 

Yelisey Sarayından bildirilib ki, Zelenski və Alyaskadan sonra uyğun vaxtda görüşəcəklər.

Hələlik görüşün dəqiq tarixi və yeri açıqlanmayıb

Məlum olub ki, Makron və Zelenski Alyaska sammitindən əvvəl yenidən telefonla danışıblar. ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı ilə görüşəcəyi barədə xəbərlər yayıldıqdan sonra Fransa lideri Zelenskiyə iki dəfə zəng edib.

Qeyd edək ki, Zelenski çərşənbə günü Almaniyaya gözlənilməz səfər edərək kansler Fridrix Mertslə danışıqlar apardı və Avropa liderlərinin video konfransında iştirak etdi. Ertəsi gün Zelenski Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşmək üçün Londona gedərək danışıqlar aparıb.

Xatirə SADİQ