Zelenski Putinlə əlaqədar NATO-nu xəbərdar etdi - “Hücum edəcək”

Ukrayna prezidenti Volodimir Zelenskinin fikrincə, Rusiya beş ildən sonra NATO-ya hücum edə bilər. 

Jun 24, 2025 - 12:55
Zelenski Putinlə əlaqədar NATO-nu xəbərdar etdi - “Hücum edəcək”

SAVASHMEDİA.az xəbər verir ki, bunu Zelenski Sky News-a müsahibəsində deyib.  

Onun sözlərinə görə, Putin bu yolla Alyansın hazırlığını yoxlamaq istəyə bilər.

Zelenski hesab edir ki, NATO ölkələrinin 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmaq planları “çox yavaş” həyata keçirilir. 

“Biz hesab edirik ki, 2030-cu ildən başlayaraq Putinin əhəmiyyətli dərəcədə daha böyük imkanları ola bilər”, - Ukrayna lideri əlavə edib.

Xatirə SADİQ