Zelenskinin söyüşü marka üzərində “əbədiləşdirildi” - FOTO
Ukraynada Budapeşt memorandumuna həsr olunmuş marka buraxıb.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə “Ukrpoşta”nın baş direktoru İqor Smilyanski məlumat verib.
Markanın üzərində Zelenskinin amerikalı podkaster Leks Fridmana müsahibəsindən “Budapeşt Memorandumu ***” sitatı da əks olunub.
Smilyanski bildirib ki, marka artıq onlayn satışda var: “Həmişə olduğu kimi, Süleyman qərarı – yenilik “Şəxsi marka” layihəsinin bir hissəsi olaraq buraxıldı. Kim istəyirsə – əldə edir. İdeyanlı bəyənməyən yan keçir. Demokratiya və söz azadlığı fəaliyyətdədir”, - Smilyanski qeyd edib.
Xatirə SADİQ