Ağ Evdə bal zalı tikiləcək  

ABŞ prezidenti Donald Tramp Ağ Evdə 200 milyon dollar dəyərində “gözəl” bal zalı tikəcək.

Aug 1, 2025 - 13:16
Ağ Evdə bal zalı tikiləcək  

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Livitt deyib. 

Onun sözlərinə görə, 90 000 kvadrat futluq bal zalında 650 nəfərə qədər yer nəzərdə tutulur. Bundan başqa, ABŞ prezidenti “bir çox təkmilləşdirmələr” təklif edir. 

Ağ Evin sözçüsü qeyd edib ki, əlavə tikintinin maliyyələşdirilməsi Trampın özündən, eləcə də digər “vətənpərvər donorlardan” gələcək. 

Ağ Evin internet saytına görə, bu, Trampı layihəni “ölkəyə öz hədiyyəsi” adlandırmağa vadar edib.

Dizaynı tamamlamaq üçün “McCrery Architects” şirkəti seçilib, “Clark Construction” tikintiyə, AECOM isə mühəndis-texniki şöbəyə rəhbərlik edəcək. Banket zalı Ağ Evin əsas binasından ayrı olacaq və indiki Şərq qanadının yerini tutacaq.

“The Guardian” xəbər verir ki, Ağ Ev tezliklə yeni bal zalının tikintisinə başlayacaq və bu tikinti 2029-cu ilin əvvəlində – Donald Trampın prezidentliyinin sonuna qədər hazır olmalıdır.

Nəşr qeyd edib ki, bu, respublikaçı prezidentin yanvarda hakimiyyətə qayıtdıqdan sonra “Xalq evi” kimi tanınan binada ediləcək ən son dəyişiklik olacaq. Bu, həmçinin 1948-ci ildə Trumanın balkon əlavəsindən sonra prezident malikanəsinin özünə edilən ilk struktur dəyişikliyi olacaq.

Ağ Ev hazırda Şərq zalının 200 nəfərlik həcmini nəzərə alaraq miqyaslı tədbirlərə ev sahibliyi edə bilmir. 

NBC telekanalına telefonla müsahibə verən Tramp bildirib ki, Ağ Ev böyük tədbirlər keçirmək əhval-ruhiyyəsindədir, bu isə qonaqların Cənub çəmənliyində qurulan çadırlarda yerləşdirilməsini tələb edir.

“Yağış və ya qar yağanda bu, fəlakət olur”, - deyən Tramp çadırların hazırda Ağ Evdən uzaqda yerləşən futbol meydançasında qurulduğunu nəzərə çatdırıb. 

Trampın fikrincə, yeni rəqs zalına çoxdan ehtiyac var. “Mən çoxlu təkmilləşdirmələr edirəm. Mən gözəl bal zalı inşa edəcəyəm. İnsanlar uzun illərdir bunu istəyirdilər”, - deyə Tramp NBC telekanalına bildirib.

Xatirə SADİQ