Trampdan Rusiyaya sərt reaksiya - "Bu, iyrəncdir"  

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanın paytaxtı Kiyevə təşkil etdiyi son raket zərbələrinə sərt reaksiya verib.

Aug 1, 2025 - 13:08
Trampdan Rusiyaya sərt reaksiya - "Bu, iyrəncdir"  

SAVASHMEDİA.az xəbər verir ki, Tramp öz açıqlamasında Moskvanın hücumunu kəskin şəkildə qınayıb:

“Bu gün Rusiyanın Kiyevə endirdiyi zərbə sadəcə iyrənc və kədərli idi. Mülki əhalinin hədəf alınması insanlığa qarşı cinayətdir”, – deyə o bildirib.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Kiyevə endirdiyi son dron və raket zərbələri nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.