"Almaniya Ukrayna üçün əlindən gələni edir" - Merz

Almaniya Ukraynanın uzaqmənzilli raketlərlə təchiz olunması üçün bütün imkanlarını səfərbər edir.

Nov 20, 2025 - 02:09
"Almaniya Ukrayna üçün əlindən gələni edir" - Merz

SAVASHMEDİA.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Berlində İsveçin Baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında bəyan edib.

Merz bildirib ki, Ukrayna ordusu bu tip silah sistemləri ilə təmin olunacaq.

“Biz razılaşmışıq ki, detalları ictimaiyyətə açıqlamayaq, çünki Rusiya tərəfində müəyyən qeyri-müəyyənlik qalmalıdır”.

Səlcuq