Litva Belarusla sərhədi açır
Litva Belarusa iki sərhəd keçid məntəqəsinin açılması ilə bağlı rəsmi bildiriş göndərib.
SAVASHMEDİA.az bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin yaydığı məlumata istinadən xəbər verir.
Məlumata görə, noyabrın 20-də Litva hakimiyyəti Kamennı Loq–Medininkay və Benyakoni–Şalçininkay sərhəd-keçid məntəqələrini yenidən açacaq.
Belarus tərəfi isə sərhəddə insanların və nəqliyyat vasitələrinin keçidinin bərpasına tam hazır olduğunu elan edib.
Oğuz