Amerikalıların əksəriyyəti ABŞ-nin İrana müdaxiləsinin əleyhinədir - Sorğu
Amerikalıların yalnız 16%-i ABŞ ordusunun İsrail və İran arasındakı münaqişəyə müdaxilə etməli olduğunu düşünür.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Economist/YouGov” sorğusunda deyilir.
Sorğuya görə, amerikalıların 60%-i belə təşəbbüsün əleyhinədir, 24%-i əmin deyil.
Demokratların (65%), müstəqillərin (61%) və respublikaçıların (53%) əksəriyyəti ABŞ-nin İrana hərbi müdaxiləsinə qarşıdır. Eyni zamanda amerikalıların yarısı (50%) İranı ABŞ-nin düşməni hesab edir, 25%-i isə onun qeyri-dost olduğunu bildirir.
İranın ABŞ üçün müttəfiq və ya dost ölkə olduğunu deyənlərdə tapılıb. Onların sayı 5% olub.
Sorğu iyunun 13-dən 16-dək aparılıb.
Xatirə SADİQ