“Avropanın Rusiya neftini alması yaxşı deyil” - Tramp Starmeri utandırıb

ABŞ prezidenti britaniyalı baş nazir Kir Starmerlə Ukrayna kontekstində yalnız avropalıların Rusiya neftini almasını müzakirə etdiyini bildirib.

Sep 19, 2025 - 13:10
“Avropanın Rusiya neftini alması yaxşı deyil” - Tramp Starmeri utandırıb

SAVASHMEDİA.az “Forbes”ə istinadən xəbər verir ki, bu barədə Tramp vətəninə dönərkən təyyarədə jurnalistlərə bildirib.

Jurnalistlərin Starmerin ona Ukrayna haqqında dəqiq nə dediyi barədə sualına Tramp belə cavab verib:

“Avropanı yaxaladığım üçün ona bir az naqolay oldu. Bilirsiniz, NATO ölkələri, Aİ ölkələri - onları belə adlandırmaq olar, çünki onlar çox bənzərdir – Rusiyadan neft alırlar. Və o, dedi ki, bu, yaxşı deyil. Mən onun belə deməsini qiymətləndirirəm. Bu, sizə necədir? Biz bütün bunları [Rusiyaya qarşı] etməliyik, onlar isə Rusiyadan neft alırlar. Bu, yaxşı deyil”.

Trampın sözlərinə görə, Starmer razılaşıb ki, həmin ölkələr Rusiya neftinin alınmasını dayandırmalıdır.

Jurnalistlər görüş zamanı sanksiyalardan söhbətin gedib-getmədiyini dəqiqləşdirəndə Tramp “Bəli” cavabını verib.

Maraqlıdır ki, ABŞ prezidenti ilə keçirdiyi mətbuat konfransında Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, görüşdə Ukraynaya daha da necə çox dəstək veriləcəyi və Putini sülh sazişi ilə razılaşmağa məcbur etmək üçün ona təzyiqin artırılması müzakirə olunub.

Xatirə SADİQ