Tramp kral Çarlzla Ukrayna müharibəsindən danışdığını təsdiqlədi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniya kralı III Çarlzla Ukraynadakı müharibəni müzakirə edib.

Sep 19, 2025 - 13:05
Tramp kral Çarlzla Ukrayna müharibəsindən danışdığını təsdiqlədi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Tramp Fox News telekanalına müsahibəsində deyib.

Britaniya kralının rəsmi ziyafət zamanı Ukraynanı dəstəklədiyini xatırladan Fox News-un aparıcısı şəxsi görüşləri zamanı Trampın Ukraynadakı müharibə ilə bağlı hissləri barədə danışıb-danışmadığını soruşub. 

“Bəli. O, çox şeylər haqqında danışdı. Biz uzun müddət, iki gün birlikdə idik”, - detə Donald Tramp təsdiqləyib.

Lakin ABŞ prezidenti Ukrayna ilə bağlı konkret nəyi müzakirə etdiklərinə aydınlıq gətirməyib, dərhal digər mövzulara keçib. 

Xatirə SADİQ