Tramp Netayahu ilə sərt danışıb 

ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə Qəzzada müharibəyə son qoymağa yönəlmiş sülh planı ilə bağlı gərgin danışığı olub.

Oct 6, 2025 - 12:27
Tramp Netayahu ilə sərt danışıb 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Axios” portalı yazıb. 

Məlumata görə, HƏMAS terror qruplaşması ABŞ prezidentinin ultimatumuna cavab verdikdən sonra Tramp baş nazir Netanyahuya zəng edərək xoş hesab etdiyi xəbəri ona çatdırıb. Lakin İsrailin baş naziri fərqli fikirdə olub.

Amerikalı məmurun sözlərinə görə, Netanyahu Trampa deyib ki, HƏMAS-ın cavabında “sevinmək üçün səbəb yoxdur” və “heç bir mənası yoxdur”.

Buna cavab olaraq Tramp deyib: “Bilmirəm, sən niyə həmişə bu qədər lənətcəsinə neqativ olursan. Bu, qələbədir. Qəbul et!”.

İki amerikalı məmur vurğulayıb ki, Tramp Netanyahuya zəng edəndə baş nazirin soyuq reaksiyası onun gözləntilərinə müvafiq gəlmədi.

“Axios”a verdiyi qısa müsahibədə Tramp israilli baş bazinə deyiklərindən danışıb. ABŞ prezidenti Netanyahuya deyib ki, bu, onun “qələbə  şansı”dır və Netanyahu yekunda razılaşıb. 

Şənbə günü Netanyahunun köməkçiləri onun və ABŞ prezidentinin tam razılığa gəldiyini bəyan ediblər. Netanyahu videomüraciət yazıb və Trampı tərifləyib, eləcə də onunla razılaşdığı açıqlamaları qeyd edib. 

ABŞ məmurlarından biri deyib ki, cümə günü baş verən telefon danışığı zamanı onların arasında atmosfer çox gərgin olub və Tramp qıcıqlanıb. Amma “sərt və qəti” diskussiyaya baxmayaraq, onlar razılığa gələ biliblər. 

Xatırladaq ki, Həmas və İsrail arasında birbaşa olmayan danışıqların bu gün Misirdə başlaması planlaşdırılır. Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşnerin bu həftə saziş bağlanması cəhdində iştirak edəcəyi gözlənilir.

Xatirə SADİQ